ABŞ 10 il ərzində müharibələrdə 225 min nəfər öldürüb
02 iyul 2011 10:24 (UTC +04:00)

ABŞ 10 il ərzində müharibələrdə 225 min nəfər öldürüb

ABŞ-ın 2001-ci ilin 11 sentyabrında baş verən terror aktından sonra iştirak etdiyi hərbi münaqişələrdə minimum 225 min insan həlak olub, ən azı 3,7 trilyon dollar vəsait xərclənib. APA-nın xarici xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu barədə Braun Universitetinin araşdırmasında bildirilir.

Neta Krouford (Neta Crawford) və Ketrin Lutsun (Catherine Lutz) rəhbərliyi altında tədqiqatçılar İraq, Əfqanıstan və Pakistanda antiterror əməliyyatlarını öyrəniblər.

Araşdırmada göstərilir ki, ən ehtiyatlı hesablamalara görə, 225 min insan bu müharibələrin qurbanı olub, 365 min nəfər yaralanıb. Münaqişələrdən daha çox mülki vətəndaşlar ziyan çəkib. Müharibələrdə ölən mülki vətəndaşların sayı 172 min nəfərdir. Bunun 125 min nəfəri iraqlılar, 56 min nəfəri pakistanlılar, 12 min nəfəri isə əfqanıstanlılardır.

Məhv edilmiş yaraqlıların sayı 20 mindən 51 min nəfərədək götürülür.

ABŞ bu müharibələrdə 6 min hərbçisi həlak olub. Onun müttəfiqləri 1,2 min, İraq 9,9 min, Pakistan 3,5 min, Əfqanıstan isə 8,8 min hərbçisini itirib. Özəl mühafizə şirkətlərinin isə 2,3 min əməkdaşı bu münaqişələrdə həlak olub.

2001-ci ildən ABŞ-ın iştirakı ilə baş verən müharibələrdə 168 jurnalist və humanitar təşkilatların 266 əməkdaşı ölüb.

Terrorla mübarizə əməliyyatları nəticəsində 7,8 milyon nəfər qaçqın vəziyyətinə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar