Meduzalar AES-in işini dayandırıb
30 iyun 2011 20:07 (UTC +04:00)

Meduzalar AES-in işini dayandırıb

Şotlandiyanın şərq sahillərinlə yerləşən Torness şəhərindəki atom elektrik stansiyasının (AES) hər iki reaktorunda iş dayandırılıb.


Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb AES-də soyutma üçün istifadə edilən dəniz suyunda böyük həcmdə meduza aşkarlanmasıdır.

Meduzalar soyutma sisteminə daxil olan dəniz suyunun təmizlənməsi üçün quraşdırılmış süzgəcdə aşkarlanıb. AES-in reaktorları təmizləmə işləri başa çatana qədər fəaliyyət göstərməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar