BVF-nin yeni prezidenti qadın oldu
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 55 yaşlı Kristin Laqard BVF-yə rəhbərlik edən ilk qadındır. Bu post uğrunda Argentina Mərkəzi Bankının rəhbəri Aqustin Karstens də mübarizə aparıb. Ancaq ölkələrin əksəriyyəti müzakirələr zamanı Kristin Laqardı dəstəkləyib. Kristin Laqard BVF-də islahatlar aparacağını, inkişaf etmiş ölkələrin qurumdakı təmsilçilərinin sayını artıracağını vəd edib. O deyib ki, BVF-nin nüfuzunu artırmağa və dünya iqtisadiyyatının stabilləşməsinə çalışacaq.
Qeyd edək ki, BVF-nin bundan əvvəlki prezidenti Dominik Stross-Kan bu ilin mayında zorlamada günahlandırıldığı üçün istefa verib.
Qeyd edək ki, BVF-nin bundan əvvəlki prezidenti Dominik Stross-Kan bu ilin mayında zorlamada günahlandırıldığı üçün istefa verib.
505