İranın milli silahları
Silahlı Qüvvələrini gücləndirməklə Fars körfəzi regionunda müharibə və sürəltli silahlanma yarışına rəvac verir.
Amerikanın səyi və təşəbbüsü nəticəsində iqtisadi və hərbi blokada ilə üzləşmiş İran hazırda Rusiya ilə qorxa-qorxa, ABŞ-a açıq meydan oxuyan Çin və Şimali Koreya iləsə normal hərbi-texniki əməkdaşlıq yürüdür. Bununla yanaşı, rəsmi Tehran xarici hərbi təzyiqlərə davam gətirmək üçün yerli hərbi sənayenin inkişafına xüsusi diqqət yetirir. Bu çərçivədə son illərdə keyfiyyətinin nə olduğu bilinməyən onlarla milli İran silah və hərbi texnikası yaradılıb. Onların bir qismi isə dünyaya nümayiş etdirilib.
Lent.az bu günlərdə keçirilmiş Tehranda nümayiş olunan İranın milli silah və hərbi texnikalarını təqdim edir. İran generalları şəkildə əslində uşaq oyuncaqlarına bənzəyən bu texnikaların yüksək atəş gücünə malik olduğunu söyləyirlər. Söylənilənlər nə dərəcədə həqiqətdir, Allah bilir.
Şəkildəki bəzi “milli” silah və hərbi texnikanın heç də milli mühəndislər tərəfindən yaradılmış yeni texnika olduğunu demək olmaz.
Məsələn, şəkildə 4 təkərli motosiklə bənzər maşının üzərində qurulmuş hər biri 2 lülədən ibarət 4 ədəd pulemyotdan ibarət texnika. Bu silahlar əslində keçmiş sovet istehsalı olan 23 mm çaplı “ZU-23” zenit pulemyotlarıdır. Digər tırtıllı zirehli transportyorun üzərində də eyni silah qurulub.
Şəkildə İranın zirehli, qutuya bənzər tırtıllı maşın nümayiş olunur. Komanda idarəetmə maşını və ya ambulans kimi istifadə olunan bu maşının eyni dizayna malik anoloqları Türkiyədə və bir sıra NATO ordularında istifadə olunmaqdadır.
Şəkillərdə yedəkdə aparılan İranın zirehləndirilmiş yüngül tankı da əks olunub. Bu tank sovet ordusunun bir vaxtlar istifadə etdiyi T-54, ingilislərin “Valiant (A38)” və alman “Panter”lərinin bənzərliklərini özündə daşıyır. Tankın mühərrikləri analoqlarından fərqli olaraq öndədir.
Sovetlər birliyinin T-72 tankı əsas götürülərək yaradılmış İranın başqa bir tankı – “Zülfüqar”ı isə hazırda xarici görünüşcə ingilis “Challenger 2” və Amerika “Abrams” tanklarının “surəti” adlandırmaq da olar. Lakin “Zülfüqar” adıçəkilən tanklardan uzunluğuna görə qısa, ancaq hündürdür.
Şəkildə İranın istehsal etdiyi “Sicil”, “Zubin”, “Təqib”, “Yasər”, “Qasid”, “Qasid 3”, “Qədr” raketləri, həmçinin bir sıra uzaqmənzilli raketlərlə yanaşı korpusu üzərində kiril əlifbası ilə nömrələri yazılmış raketlər də diqqəti cəlb edir.
Keçid edən İran hərbçilərinin əllərindəki milli silahlar isə görünüşünə görə alman “G-3”lərindən heç də fərqlənmir.
Rəşad

1983