İran xarici işlər naziri qovulmadı
Lent.az-ın verdiyi məlumata görə, bu barədə İranın “Mehr” agentliyi xəbər yayıb.
Qeyd edək ki, ötən gün İran parlamentinin 25 deputatı xarici işlər naziri haqqında impiçmenti nəzərdə tutan sənədi imzalayıb və buna səbəb onun Məhəmməd Şərif Malikzadəni öz müavini təyin etməsidir. Dünən Əli Əkbər Salehi parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşündə impiçmenti ilə bağlı təşəbbüsdən xəbər tutub. Xarici işlər naziri etiraf edib ki, keçmişdə cinayət əməlinə görə mühakimə olunmuş şəxsin diplomatik qurumda çalışması ölkənin maraqlarına uyğun deyil. O vurğulayıb ki, əgər Məhəmməd Şərif Malikzadənin qanunları pozduğu təsdiqi taparsa, onu vəzifəsindən azad edəcək.
Məhəmməd Şərif Malikzadə öz istəyi ilə istefaya getdiyindən, Əli Əkbər Salehi barəsində başladılan impiçment prosesi dayandırılıb.

422