8-ci mərtəbədən yıxılan uşağı kondisioner qurtardı – FOTO
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, nənəsinə can atan uşaq 10 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanından yerə yıxılıb. Ancaq uşağın bəxti gətirib, divarla divara bərkidilmiş kondisionerin arasında qalıb. Uşağın qışqırığını eşidən ətrafdakı insanlar polis və xilasedicilərə xəbər veriblər. Ancaq kondisionerlə divar arasında qalan uşağın artıq aşağıya doğru sürüşdüyünü görən 2 mağaza işçisi hərəkətə keçib və uşağı olduğu yerdən çıxarmağı bacarıb.
1287