Burcanadzenin əri haqqında axtarış elan olundu
21 iyun 2011 10:30 (UTC +04:00)

Burcanadzenin əri haqqında axtarış elan olundu

Tiflis Şəhər Məhkəməsi Baş Prokurorluğun müraciəti əsasında müxalifət lideri Nino Burcanadzenin əri, Dövlət Sərhəd Xidmətinin keçmiş rəhbəri Badri Bitsiadzenin girov müqabilində azadlığa çıxması barədə qərarı dəyişib. Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, Baş Prokurorluq Badri Bitsiadzenin mayın 31-dən bu günə qədər məhkəmənin 60 min dollar girov qoyması barədə qərarı yerinə yetirməkdən yayındığını bildirib və məhkəmə də bunu nəzərə alıb.

Gürcüstan qanunvericiliyinə görə, bu, avtomatik olaraq Badri Bitsiadze haqqında axtarış elan edilməsi deməkdir.

Qeyd edək ki, Gürcüstan mətbuatı Badri Bitsiadzenin iyunun 5-də ölkəni tərk etdiyini yazıb. Nino Burcanadzenin əri polislərə hücumun təşkilində günahlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar