Ərdoğan Əsəddən qardaşını istədi
Lentaz-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, rəsmi Ankara Bəşər Əsədin qardaşı, Suriyada aksiyaçılara qarşı qəddarlığı ilə seçilən ordu generalı Mahir Əsədin vəzifəsindən çıxarılaraq, Türkiyəyə təhvil verilməsini istəyir. Məktub yaxın günlərdə Türkiyənin özəl təmsilçisi vasitəsi ilə Dəməşqə çatdırılacaq. Türkiyə eyni zamanda Bəşər Əsədin aksiyalara icazə verməsini, söz azadlığı və partiyalarla bağlı qadağaların aradan qaldırılmasın, Müsəlman Qardaşları Hərəkatının üzvlərinin azadlığa buraxılmasını istəyir.
Məktubda yazılıb ki, islahatlar həyata keçərsə, Suriya xalqı Bəşər Əsədin lider kimi hakimiyyətdə qalmasını qəbul edə bilər: “Ancaq əksəriyyət ordu komandanı Mahir Əsədin hakimiyyətdə qalmasını qəbul edə bilməz. Türkiyə Mahir Əsəd istefa verərsə, mühakimə olunmayacağına da qarantiya verir. Mahir Əsəd Türkiyədə qala, ya da razılaşdırılmış şəkildə Avropa ölkələrinin birində yaşaya bilər”.

434