Vaşinqtonda terror təhlükəsi ilə əlaqədar aeroport bağlanıb
20 iyun 2011 10:32 (UTC +04:00)

Vaşinqtonda terror təhlükəsi ilə əlaqədar aeroport bağlanıb

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, naməlum bir kişi Deytondan Vaşinqtona uçan “US Airways” şirkətinə məxsus təyyarənin göyərtəsində bomba olması barədə xəbərdarlıq edib.

Həmin şəxs Deyton aeroportunda saxlanılıb. Onun şəxsiyyəti barədə məlumat verilmir. Təyyarə Vaşinqtona enəndən sonra isə polis bütün təyyarəni və yük yerini yoxlayıb. Şübhəli heç nə tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar