Ancelina Coli Türkiyədə qaçqın suriyalıları ziyarət etdi
“Yaxşılıq mələyi” kimi tanınan BMT-nin xoşməramlı səfiri, dünyanın tanınmış aktrisası Ancelina Coli ötən həftə Türkiyənin Hatay vilayətində sığınacaq tapan 8 min suriyalı ilə görüşmək üçün Türkiyəyə gəlib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur ulduzu Hatayda yüksək vəzifəli məmurlar qarşılayıb və onun Türkiyənin tikdiyi çadır şəhərciyinə aparıb. Aktrisa Hatayda məskunlaşan suriyalı uşaqlar üçün çoxlu oyuncaq hədiyyə edib. O, Suriyadan olan qaçqınlarla görüşərək, onlara ruh yüksəkliyi verməyə çalışıb.

692