MAQATE: Yaponiya hökuməti AES qəzasına operativ reaksiya verməyib
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) hesabatında qeyd olunur.
MAQATE yapon mütəxəssislərinin martın 11-də zəlzələdən sonra baş verən sunaminin masştabını da düzgün qiymətləndirə bilmədiklərini vurğulayıb. Qurum Yaponiya hökumətinə tez qərar qəbul etmək üçün dövlət orqanlarının strukturunu rasionallaşdırmağı da təklif edir.
MAQATE-nin hesabatı 20-24 iyun tarixlərində Vyanada keçirilən beynəlxalq konfransda təqdim olunacaq. Bu konfrans “Fukusima-1” AES-dəki qəzaya həsr olunub. Konfransda AES-lərdə təhlükəsizliyin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

2974