ABŞ prezidentlərinin yadplanetlilərlə əlaqələri var!
ABŞ prezidentlərinin bir çoxu hakimiyyətdə olduqları dövrdə uçan naməlum obyektlərlə (UNO) maraqlanıb və onların bəziləri yadplanetlilərlə əlaqə qurmağa da nail olub.
Lent.az-ın “obozrevatel.com” saytına istinadən verdiyi məlumata görə, bunu az əvvəl bununla bağlı açıqlanmış arxiv materialları göstərir.
Məsələn, prezident Harri Trumen 1948-ci ildə köməkçisi Robert Lendri kabinetinə çağırıb. Harri Trumen köməkçisinə 3 ay ərzində ölkə ərazisində UNO-larla bağlı müşahidələrin nəticələrini ona təqdim etməyi tapşırıb. Prezident bir dəfə də özünün pəncərədən baxan zaman Vaşinqton üzərində müşahidə etdiyi sirli obyektlə bağlı araşdırma aparılmasını istəyib.
Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Cerald Xeyns deyib ki, 1952-ci ildə ABŞ administrasiyası ölkə ərazisində UNO-ların geniş miqyaslı müşahidələrindən ciddi narahat olub. Hətta UNO-ların vurulması barədə göstəriş də verilib.
UNO-larla bağlı ən məşhur söz-söhbət isə Duayt Eyzenhauerlə bağlıdır. Həmin vaxt Franklin Ruzvelt aviadaşıyıcısında qulluq edən zabit bildirib ki, NATO donanması ilə birlikdə İngiltərənin şimal şərqində olduqları vaxt gecə saat 1:30 radələrində gəminin sağ tərəfində mavi-ağ böyük UNO peyda olub. UNO suyun üzərində 30 metr yüksəklikdə dayanıb. Daha sonra yuxarı qalxıb və sola doğru uçub. Donanmanın admiralı ilə vertolyotda olan Duayt Eyzenhauer həmin vaxt ponton körpü üzərinə çıxıb: “Biz UNO-ya 10 dəqiqə baxdıq...”.
1972-ci il yanvarın 12-də Oklahoma ştatının sakini Şerri Ekxardt telefonla anası ilə danışırmış. Birdən xəttə səs qarışıb və tanınmayan bir nəfərin səsi gəlib. O deyib ki, “bizə hərbi həyəcan verilib”, Sakit okeanda. Meksika körfəzi yaxınlığında qırıcı təyyarələr bir UNO-u vurublar, dənizə düşüb”.
Təəccüblənən Şerri Ekxard telefonun dəstəyini ərinə verib. Kişi telefonda bir nəfərin “prezidentə zəng edin!” dediyini eşidib. Daha sonra telefonda prezident Riçard Niksonun səsi eşidilib. Ancaq bu n olay mətbuata çıxandan sonra Ağ Ev bunu təkzib edib, hər hansı UNO-nun vurulmadığını bildirib.
UNO-larla bağlı ən inandırıcı olay isə prezident Ceyms Karterlə bağlıdır. Bu hadisə 1969-cu il yanvarın 6-da baş verib. Ceyms Karter kiçik işıqlı obyekt görüb. O, prezident seçkiləri kampaniyası dövründə ABŞ-da müşahidə olunan UNO-larla bağlı bütün məlumatları açıqlayacağını vəd edib və sözünün üstündə durub. İctimaiyyət üçün bir sıra sənədlər açıq elan olunub.
ABŞ prezidentlərindən Ronald Reyqan da hələ qubernator olduğu zaman UNO müşahidə edib. Bu hadisə Ronald Reyqan təyyarə ilə uçan zaman baş verib. Ronald Reyqan jurnalist Norman Millərə deyib ki, işıqlı ağ obyekt görüb. Həmin UNO təyyarənin qarşısına çıxıb: “Mən şəxsi pilotum Bill Peynterə yaxınlaşdım və nə vaxtsa belə bir şey görüb-görmədiyini soruşdum. O, heç vaxt belə bir şey görmədiyini söylədi. Mən zəmin obyekti izləməyə davam etdim. Həmin obyekt Beykersfild yaxınlığında şaquli istiqamətdə yuxarı qalxdı və yoxa çıxdı...”.

613