ABŞ hökumətinin İT üzrə baş direktoru vəzifəsini tərk edir
18 iyun 2011 13:12 (UTC +04:00)

ABŞ hökumətinin İT üzrə baş direktoru vəzifəsini tərk edir

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, Harvard Universitetində tədqiqat işləri ilə məşğul olacaq.

Vivek Kundranın CIO mövqeyinə təyin edilməsi Barak Obamanın ABŞ Prezidenti vəzifəsində keçməsindən bir neçə ay sonra baş tutub. O, administrasiyada fəaliyyətə başlayan kimi dərhal “bulud”, eləcə də istehlakçı texnologiyalarının tətbiqi və yeni saytlar vasitəsilə (misal üçün data.gov) ictimaiyyətin məlumatlandırılması kimi tədbirləri gündəmə çıxarıb.

Ağ Evin Vivek Kundranın istefası ilə bağlı yayılmış məlumatında qeyd olunur ki, o, administrasiyada çalışmağa başlayandan etibarən iki il yarım ərzində səmərəsiz İT-xərclərə qarşı genişmiqyaslı tədbirlər təşkil edib, vergi ödəyicilərinin 3 milyard dollarlarına qənaət edib, hökumətin İT-fəaliyyətini “bulud” texnologiyalarına keçirib, kibertəhlükəsizlik üzrə milli mövqeyi möhkəmləndirib və bununla eyni zamanda açıqlıq, şəffaflıq, eləcə də demokratiya prinsiplərinin təmin olunmasına böyük töhfələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar