Cənubi Koreya əsgərləri sərnişin təyyarəsini atəşə tutublar
18 iyun 2011 12:26 (UTC +04:00)

Cənubi Koreya əsgərləri sərnişin təyyarəsini atəşə tutublar

Cənubi Koreya əsgərləri bu gün səhər saatlarında sərnişin təyyarəsini atəşə tutublar.

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 2 əsgər Çindən Cənubi Koreyanın paytaxtı Seula gələn təyyarəni Şimali Koreyaya məxsus hərbi təyyarə zənn edib və təyyarə Seul yaxınlığındakı “İnçxon” aeroportuna enən zaman 10 dəqiqə ərzində təyyarəyə atəş açıblar.

Cənubi Koreyanın “Asiana Airlines” şirkətinə məxsus təyyarənin göyərtəsində 119 nəfər olub. Sərnişinlərdən heç biri xəsarət almayıb. Təyyarə özü də əsgərlərdən uzaq məsafədə olmadığı üçün zədələnməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar