Bəşər Əsədin havadarları kimdir? - ŞƏRH
«MIGnews»-un məlumatına görə, yerli müxalifətin internetdə yaydığı video çarxda prezident Bəşər Əsədə qarşı çıxış edənlər Dəməşqdə İranın və «Hizbullah»ın bayraqlarını yandırırlar.
Nümayiş iştirakçıları «Rədd olsun İran!», «Rədd olsun Hizbullah!», «Biz Allahdan qorxan prezident istəyirik!» şüarlarını səsləndiriblər.
Son zamanlar Suriya müxalifəti İslam Respublikası və Livan «Hizbullah»ını etiraz aksiyalarının əzilməsində hakimiyyətə yardım etməkdə ittiham edir.
«YouTube»-da yayılan video çarxda iranlı hərbçilərin suriyalı yürüşçüləri döydüyü də təsdiqlənib.
Ötən həftə Suriya ordusundan Türkiyəyə qaçan yüksək rütbəli zabit Hüseyn Hərmçu deyib ki, ordudan qaçmaq istəyən çoxlu sayda əsgər və zabit var: «Ancaq onlar özlərinin və ailələrinin həyatının təhlükə qarşısında qalacağından ehtiyatlanırlar. Məncə, başqa zabitlər də Suriya ordusundan qaçacaq. Tanıdığım hərbçilərin bəziləri mənə zəng edərək, tezliklə ordudan qaçacaqlarını bildiriblər».
Onun sözlərinə görə, Suriya hərbi kəşfiyyatına mülki vətəndaşları öldürmək əmri verilmişdi: «Mən bundan imtina etdiyim üçün həyat yoldaşımı zorladılar».
Başqa bir video çarxda isə etirazçılar yürüşçülərə qoşulan əsgərləri alqışlayaraq, «Ordu ilə xalq birdir!» şüarını söyləyiblər.
Heç şübhəsiz, bu sayaq xəbərlərin yayılması ilk növbədə Dəməşq rejiminin yürütdüyü informasiya blokadası ilə bağlıdır. Məlum olduğu kimi, neçə aydır Bəşər Əsəd xarici informasiya vasitələrinin ölkəyə daxil olmasını yasaqlayıb.
ABŞ-ın Təl-Əvivdəki konsulu, 20 il ölkəsinin xəfiyyə xidmətində əməliyyatçı işləmiş Xaqay Karmonun yazdığına görə, «Suriyada Bəşər Əsədin açdığı «sallaqxanadan» dünya xəbərsizdir». Onun qənaətincə, bu rejimin arxasında Rusiya, İran və «Hizbullah» durur: «Əsəd bilir ki, həyat uğrunda deyil, ölüm uğrunda mübarizə gedir… Yürüşçülər əllərində «Qəssab – Əsəd!» «Əsəd –İranın küçüyü!» kimi şüarlar tuturlar».
Xatırladaq ki, Britaniyanın xarici işlər naziri Uilyam Heyq bu günlərdə bildirmişdi ki, Suriyadakı hakimiyyətə qarşı etiraz aksiyaları Tehranın yardımı ilə yatırılır. Nazirin sözlərinə görə, İran rejimi Bəşər Əsəd hakimiyyətini qurğu və texnikalarla təmin edir.
Britaniya diplomatının bu bəyanatı, Suriyanın Şimal-Şərqində Cisr-əş-Şuqur şəhərində onlarla polisin cəsdənin aşkarlanması ilə eyni vaxta təsadüf edib. «İranın Suriyadakı dinc nümayişçilərə və müxalifətə qarşı zorakılığın edilməsinə, habelə hakimiyyəti bu yöndə istifadə olunan hər cür avadanlıqla təchiz etməsinə dair əlimizdə sübutlar var» - deyə, o, söyləmişdi.
Onun sözlərinə görə, İran rəhbərliyinin bu davranışı beynəlxalq aləmdə «ikiüzlülüyün klassik örnəyidir».
İslam Respublikasının Xarici İşlər Nazirliyi Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkilinə nazirinin «İran Suriyanın daxili işlərinə qarışır» - bəyanatına etiraz notası təqdim edib. Notada bildirilib ki, Britaniya xarici işlər nazirinin İrana qarşı ittihamı «əsassızdır».
Onun yazdığına görə, Rusiya ənənəvi olaraq, ərəb dövlətlərindəki sosialist rejimlərə «çətir»lik edirdi. Suriyada isə 2 min rusiyalı hərbçi müşavir çalışır. Dəməşqdən cənubda yerləşən Tartus limanında ruslar müasir hərbi-dəniz bazası yaradıblar. Bu, Rusiya donanmasının Aralıq dənizindəki yeganə bazasıdır.
Suriyadakı bu hərbi bazanın yardımı ilə də Moskva bölgədə varlığını qoruya bilir. Misir, İraq, Əlcəzair, Liviyadakı dəyişiklər Kremlin bölgədən sıxışdırılıb çıxarılması ilə nəticələnib. Bu baxımdan Suriya onun sonuncu dayanacaqlarından biri də sayla bilər.
Elə bu səbəbdən də onlar BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya qarşı sanksiyanın qəbulunu əngəlləyirlər. Əslində Suriyadakı diktatura rejimini Rusiya, İran, «Hizbullah»la yanaşı, Çin də müdafiə etməkdədir.
Onlar Dəməşq rejiminin başçısından çox bu yolla öz ölkələrindəki diktaturanı və ya psevdodemokratiyanı qorumağa çalışırlar. Çünki bu dəyişikliklərin dalğasının onları da bürüyəcəyindən ehtiyatlanırlar. Əks halda Bəşər Əsəd kimi prezidentləri ölkə vətəndaşları bir saat belə hakimiyyətdə saxlamaz. ..
Hələlik ABŞ prezidenti Barak Obama B. Əsədə istefa verməyi, Türkiyə baş nazirinin vəzifəsini icra edən Tayyib Ərdoğan və BMT-nin baş katibi Pan Ge Mun isə islahatlar aparmağı məsləhət görürlər. Rusiya, Çin və İran hakimiyyəti isə əksinə bu sayaq çıxışları «Suriyanın daxili işinə müdaxilə» kimi dəyərləndirərək, əl altdan Əsəd rejiminə dinc aksiyaları yatırmaqda yardım edirlər.
Hakimi sülalədən hələ ki bir nəfər - Bəşər Əsədin dayısı oğlu, ölkənin ən varlı adamlarından biri Rami Məkluf ticarətdə fəaliyyətinə dayandırdığını bildirib. O, bu bəyanatı bu gün Cümə namazı ərəfəsində verib.
O, bu addımı kütləvi etiraz yürüşlərinin tələbi nəticəsində atdığını söyləyib. Aksiyaçılar Əsəd rejimini korrupsiyada, vəzifədən sui-istifadə və vəzifə səlahiyyətlərini aşmasında suçlayırlar.
Məkluf ölkədə bir neçə müəssisə ilə yanaşı, ən iri mobil operator şirkətinə də nəzarət edir. Bundan başqa onun ticarət mərkəzləri, dükanlar, neft konsessiyası, aviaşirkəti, mehmanxanaları, tikinti şirkəti, bankı var, qiymətli kağızlara da malikdir.
Yerli informasiya vasitələrinin məlumatına əsasən, o, bundan sonra xeyriyyəçiliklə məşğul olacaq.
Yeri gəlmişkən, hüquq müdafiəçiləri bildirib ki, martdan başlayan etiraz aksiyaları zamanı hökumət qüvvələri 1300-dən çox dinc etirazçını qətlə yetirib. Bir həftə ərzində 6500-7000 nəfər həbs edilib, 10 minə yaxın suriyalı Türkiyəyə sığınıb.
Sədrəddin Soltan

1390