Əsəd 2 şəhərə tank yeritdi
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Suriya Dövləti Televiziyası görüntülər yayımlayıb. Bu şəhərlər paytaxt Dəməşqlə ölkənin şimalı arasındakı strateji yol üzərində yerləşir. Prezident Bəşər Əsəd tankları bu şəhərlərə yeritməklə üsyançıların Dəməşq və Hələb arasında yolu bağlamaq cəhdlərinin boşa çıxarmaq istəyir. Hər iki şəhərdən minlərlə insan qaçmaqla canlarını qurtarmağa çalışır.
Bu arada “Associated Press” agentliyinə açıqlama verən suriyalı hüquq müdafiəçisi Mustafa Osso bu gün 300 nəfərin saxlanıldığını söyləyib. Suriyadan Türkiyəyə qaçanların sayı isə 9 min nəfərə çatıb.
Bu arada “Associated Press” agentliyinə açıqlama verən suriyalı hüquq müdafiəçisi Mustafa Osso bu gün 300 nəfərin saxlanıldığını söyləyib. Suriyadan Türkiyəyə qaçanların sayı isə 9 min nəfərə çatıb.
523