İspaniya Liviya səfirini qovmağa qərar verdi
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, İspaniya Xarici İşlər Nazirliyinin yaydığı notada qeyd olunur ki, Müəmmər Qəddafi rejimi Liviyada dinc sakinlərə qarşı zorakılığa son qoymadığı üçün legitimliyini itirib və bu səbəbdən də ispan hökuməti Madriddəki Liviya səfirliyinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.
İspaniya Xarici İşlər Nazirliyi liviyalı diplomatları diplomatik statusa uyğun olmayan fəaliyyətdə də günahlandırıb. Diplomatlar 10 gün ərzində Madridi tərk etməlidirlər.
Qeyd edək ki, İspaniya iyunun 8-də Liviyada qiyamçıların yaratdığı Milli Şuranı legitim hökumət kimi tanıyıb.

518