ABŞ əz-Zəvahirini öldürməyə söz verdi
ABŞ hökuməti Üsamə bin Ladenin öldürülməsindən sonra “əl-Qaidə” terror təşkilatına rəhbər seçilən Ayman əz-Zəvahirini taparaq öldürməyə hazır olduğunu bəyan edib. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ qərargah rəisləri Birləşmiş Komitəsinin rəhbəri Mayk Mallen əz-Zəvahirini də bin Ladenin taleyinin gözlədiyini vurğulayıb.
Öz növbəsində Pentaqonun rəhbəri Bill Qeyts əz-Zvahirinin “əl-Qaidə” lideri seçilməsini şərh edərək qeyd edib ki, onun bin Laden kimi xarizması və əməliyyat aparmaq təcrübəsi yoxdur. Qeyts terror təşkilatının liderinin seçilməsinə də istehza edib: “Yəqin ki, mağarada olan zaman seçicilərin səslərini saymaq asan deyil”.

511