Hamilələr cinayət başında
16 iyun 2011 21:34 (UTC +04:00)

Hamilələr cinayət başında

Lent.az-ın “China Daily” qəzetinə istinadən verdiyi məlumata görə, polis Hanqzou şəhərində bütün üzvləri hamilə qadınlardan ibarət olan 46 nəfərlik oğru dəstəsini yaxalayıb.


Bu cinayətkar dəstədə yaşı 20-40 arasında dəyişən qadınlar bir araya gəlib və onlar təkcə son 1 ayda 400 oğurluq hadisəsi törədiblər. Araşdırma zamanı məlum olub ki, polis adətən hamilə və körpəli qadınları həbs etmədiyi üçün dəstə üzvləri hamilə qalmağa üstünlük veriblər. “China Daily” yazır ki, dəstə üzvlərinin bəziləri 10 ildə 8 dəfə hamilə qalıb.

Hanqzou polisi dəstənin ifşa olunmasından sonra şəhərdə oğurluq hallarının böyük həcmdə azaldığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125

Oxşar yazılar