Türkiyə səfirlərini təcili Ankaraya çağırıb
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlu bölgə ölkələrində fəaliyyət göstərən Türkiyə səfirlərini təcili Ankaraya çağırıb.
Səfirlər toplantısı Dövlət Qonaq Evində keçirilir. Bölgədə və Qərb ölkələrində fəaliyyət göstərən 27 səfirin iştirak etdiyi toplantıda bundan sonra atılacaq addımlar dəyərləndiriləcək. Başda Suriya olmaqla, bölgədə davam edən islahat tələblərinin müzakirə olunduğu və bundan sonra həyata keçiriləcək strategiyanın müəyyənləşdiyi toplantıda Türkiyənin oynaya biləcəyi rola dair fikir mübadiləsi aparılacaq.
Bu arada Suriya prezidenti Bəşər Əsadın xüsusi təmsilçisi Həsən Türkmani Ankaraya gəlib. O, dünən baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. Rəcət Tayyib Ərdoğan Həsən Türkmaniyə deyib ki, kimsənin bir qətliamın arxasında durması gözlənilə bilməz. Həsən Türkmani bu gün də Əhməd Davudoğlu ilə bir araya gəlib. Əhməd Davudoğlu görüşdə Hataydakı vəziyyətlə bağlı qənaətlərini çatdırıb və Həsən Türkmanidən məlumat alıb. Əhməd Davudoğlu Suriya iqtidarın islahatları diqqətli və ciddi şəkildə həyata keçirməyə çağırıb.

463