Osetiyada aləm qarışıb
Lent.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, qondarma respublikanın mühafizə xidmətinin və “Müdafiə Nazirliyi”nin 200-ə qədər əməkdaşı parlamentə daxil olub.
Onlar deputatlardan təcili olaraq Konstitusiyaya hazırkı prezident Eduard Kokoytonun üçüncü müddətdə prezident seçkilərində iştirakına icazə verən düzəliş edilməsini tələb ediblər. Həmin qrupa “müdafiə naziri”nin müavini İbrahim Hassayev və İqor Alborov, o cümlədən mühafizə xidmətinin rəisi Gennadiy Kokoyev başçılıq edib.
Qeyd edək ki, iyunun 14-də Cənubi Osetiyanın Ali Məhkəməsi Eduard Kokoytonun üçüncü müddətlə bağlı prezident seçkilərində iştirakı məsələsinin referenduma çıxarılmasını qadağan edib. Eduard Kokoyto özü məhkəmənin qərarından əvvəl bəyan edib ki, prezident seçkilərində iştirak etmək istəmir.
Vitse-spiker Yuriy Tzitstsoyto onları gündəlikdəki məsələlərin yekunlaşmasın gözləməyə çağırıb. Bunu eşidən dəstə üzvləri deputatları məcbur etməyə çalışıblar. Deputatların bir qismi təhdidlə bir sənədə qol çəkmək məcburiyyətində qalıblar. Birinci vitse-spiker Zurab Kokoyev həmin sənədi imzalayıb, Yuriy Tzitstsoyto isə imzalamaqdan imtina edib. Yuriy Tzitstsoyto baş verənləri hərbi çevriliş adlandırıb. Hərbçilər parlament zalını tərk edərək küçəyə çıxıblar.
Eduard Kokoyto isə baş prokuror Taymuraz Xuqayevə 3 gün ərzində baş verən olayı araşdırmağı tapşırıb.

Oxşar yazılar

Kanadanın yeni baş naziri bu tarixdə and içəcək
13 mart 2025 , 07:30
Putin ilk dəfə Kurska gəldi - VİDEO
12 mart 2025 , 23:57
Tramp xüsusi nümayəndəsini Moskvaya göndərir
12 mart 2025 , 22:44
Aparıcının arvadı ərini öldürmək üçün "killer" tutdu
12 mart 2025 , 18:49
Turist tətilə gələn qıza narkotik verib zorladı
12 mart 2025 , 17:39
Yüzlərlə itkin düşən burada yandırılıb - Ölüm düşərgəsi TAPILDI
12 mart 2025 , 16:43
Baba səs-küyə görə nəvəsini GÜLLƏLƏDİ
12 mart 2025 , 13:33