“Əl-Qaidə” yeni liderini elan etdi
16 iyun 2011 11:48 (UTC +04:00)

“Əl-Qaidə” yeni liderini elan etdi

“Əl-Qaidə” terror təşkilatı yeni liderinin adını açıqlayıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qruplaşmanın yeni lideri Ayman əz-Zəvahiri olub.

Qeyd edək ki, Üsamə bin Ladenin mayın 2-də öldürülməsindən sonra “əl-Qaidə” lideri postu boş qalmışdı. Bundan əvvəl ekspertlərin çoxu məhz əz-Zəvahirinin yeni lider seçiləcəyini bildirirdilər. Amma bin Laden öldürüləndən sonra təşkilata müvəqqəti rəhbərlik misirli Saif əl-Adelə tapşırılmışdı.

İxtisasca həkim olan Ayman əz-Zəvahiri “Misir İslam Cihadı” qruplaşmasının əsasını qoyub. ABŞ hökuməti onu ölkə xaricindən kənarda amerikalıları öldürməkdə ittiham edir. Bundan əlavə, o, ABŞ vətəndaşlarına sui-qəsd hazırlamaqda, ABŞ dövlət müəssisələrinə insan ölümü ilə müşayiət olunan hücum təşkil etməkdə günahlandırılır.

Ayman əz-Zəvahiri Dar-əs-Salamda (Tanzaniya) və Nayrobidə ABŞ səfirliklərinin partlayışlarını hazırlamaqda şübhəli bilinərək, 1998-ci il avqustun 7-dən axtarışdadır. Bu partlayışlar nəticəsində 200-dən çox adam öldürülüb. Federal Təhqiqat Bürosu Ayman əz-Zəvahirini tutmağa kömək edəcək informasiyaya görə 25 milyon dollar mükafat ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar