Həkim İngiltərənin baş nazirini danladı
16 iyun 2011 10:11 (UTC +04:00)

Həkim İngiltərənin baş nazirini danladı

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, baş nazir köməkçisi Nisk Cledd ilə birlikdə Londonda bir xəstəxanaya baş çəkib. Devid Kameronun məqsədi xəstələrin problemlərini öyrənmək olub. Baş naziri jurnalistlər də müşahidə edib. Ancaq palataların birinə daxil olan baş nazir həkimin sərt iradı ilə üzləşib. Həkim baş nazirdən telejurnalistlərin gigiyena qaydalarına riayət etmədən ayaqqabı ilə palataya necə daxil olduqlarını soruşub və jurnalistlərin çölə çıxmasını tələb edib.
Həkimin reaksiyası qarşısında təəccüblənən Devid Kameron telejurnalistlərin palatadan çıxmasını istəyib...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar