Yəməndə silahlar susmur
Yəməndə silahlar susmur. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, son 2 həftədə ölkənin cənubundakı Zincibar və Abyan şəhərlərində baş verən silahlı qarşıdurmada 140 nəfər ölüb. Yəmən Müdafiə Nazirliyi ölkənin cənubunda ordu ilə “əl-Qaidə” terror təşkilatının yerli lideri də daxil olmaqla, 60 silahlının öldürüldüyü barədə məlumat yayıb. Bölgədən mülki şəxslər evakuasiya edilib.
Bu arada Yəmən prezidenti Əli Abdulla Salehə hücumla bağlı 5 nəfər saxlanılıb. Şübhələr Prezident Sarayı Kompleksindəki məscidin müəzzini Məhəmməd əl-Qadir üzərində cəmləşib. “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olduğu güman edilən müəzzin məsciddə prezident, baş nazir və parlament sədri raket hücumuna məruz qaldıqdan sonra yoxa çıxıb.
Həmin hücum zamanı Əli Abdulla Saleh, baş nazir Əli Məhəmməd Mücavir və parlament sədri Abduləziz Abdülgani yaralanıb. Dərisinin 40 faizi yanan və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hərbi hospitalda əməliyyat olunan Əli Abdulla Salehin vəziyyətinin dünəndən ağırlaşmağa başladığı bildirilir.

491