Berluskoninin toxunulmazlıq hüququ götürüldü
14 iyun 2011 10:35 (UTC +04:00)

Berluskoninin toxunulmazlıq hüququ götürüldü

İtaliyalılar 12-13 iyun tarixində keçirilən referendumda hökumət üzvlərinin məhkəmə qarşısında toxunulmazlığını nəzərdə tutan qanun layihəsinin ləğvinə səs veriblər. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, referendumda səs verənlərin 90 faizi qanun layihəsinin ləğvinə səs verib.

İtaliyanın baş naziri Silvio Berluskoni italyanları səsverməyə getməməyə çağırsa da, əhalinin 5 faizi referendumda iştirak edib. Bu da referendumun baş tutmuş sayılması üçün yetərlidir. Beləliklə, toxunulmazlığı nəzərdə tutan qanun layihəsinə referendumda mənfi yanaşılması Silvio Berluskoninin seks qalmaqalları ilə bağlı məhkəmə qarşısına çıxarılmasının yolunu açıb.

İtalyanlar referenlumda atom elektrik stansiyalarının tikintisi və su mənbələrinin özəlləşdirilməsinin də əleyhinə səs veriblər. Bu da Silvio Berluskoni üçün pis xəbərdir. Çünki o, ölkədə atom elektrik stansiyalarının tikilməsi və su mənbələrinin özəlləşdirilməsi təşəbbüsü ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar