“Gözəlçə” və “Hörümçək adam”ı çəkən öldü
14 iyun 2011 10:14 (UTC +04:00)

“Gözəlçə” və “Hörümçək adam”ı çəkən öldü

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, 7 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Lora Ziskin Los-Ancelsdəki evində gözlərini əbədi yumub.

Lora Ziskin onlarla filmin prodüseridir. Bu filmlərin 2-si “Oskar” mükafatına layiq görülüb. Onun filmlərinin arasında “Gözəlçə” və “Hörümçək adam” da var.

Qeyd edək ki, Lora Ziskin 2008-ci ildə xərçəng xəstələri üçün vəsait toplanması ilə məşğul olan xeyriyyə təşkilatının əsasını qoyub və 200 milyon dollara qədər vəsait toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar