İordaniyada mitinqlər nəticə verdi
İordaniyada 6 aydır islahat tələbi ilə keçirilən aksiyalar nəhayət nəticə verib. Lent.az-ın “trt.azerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, İordaniya kralı Abdulla iyunun 12-də xalqa müraciətində bildirib ki, bundan sonra hökuməti parlamentdə çoxluğu qazanan partiya təşkil edəcək.
Kral eyni zamanda konstitusiya dəyişikliyi və vergilərin azaldılacağı vədi də verib. Ancaq ani dəyişiklik xaos və anarxiyaya səbəb olacağını söyləyən kral Abdulla bu islahatların konkret nə vaxt həyata keçiriləcəyini açıqlamayıb.

489