Seksual dələduzluğa görə 95 milyon dollar cərimə
Lent.az-ın “lifenews.com” saytına istinadən verdiyi məlumata görə, Eşli Alford işlədiyi mebel şirkətində rəisi Riçard Murun seksual zorakılığına məruz qaldığını bildirib.
Eşli Alford 2005-ci ildə mebel şirkətində işləməyə başlayandan Riçard Mur onu daim xoşagəlməz ləqəblə çağırmağa başlayıb. 1 il sonra isə Riçard Mur Eşli Alfrod olduğu anbara gəlib. Cinsi orqanı ilə onun başına zərbə endirib. Elə həmin gün də Riçard Mur qızı növbəti dəfə təhqir edib, köynəyindən tutaraq cinsi orqanını göstərməyə və qızın gözü qarşısında əlləşdirməyə başlayıb...
Bu olaydan sonra Eşli Alford işə qayıtmayıb. Bir neçə ay sonra isə polisdəki “qaynar xətt”ə zəng açaraq iş yerində seksual dələduzluqla üzləşdiyini bildirib. Ancaq bununla bağlı təhqiqat başlamayıb. Bundan sonra o, 2008-ci ildə məhkəməyə üz tutub. Eşli Alford məhkəməyə müraciət edəndən sonra mebel şirkətində daha yüksək vəzifə təklif olunub. Ancaq o, bundan imtina edib.
Məhkəmə şirkətin zərərçəkənə 95 milyon dollar ödəməsi barədə qərar çıxarıb. Şirkətin təmsilçisi isə məhkəmənin belə yüksək cərimə kəsməsindən narazıdır. Bütün dəlillərə məhkəmənin oxşar şəkildə baxdığını iddia edən şirkət təmsilçisi apelyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, bu şirkətin keçən il təmiz mənfəəti 118 milyon dollar olub.

539