Yunanıstan adalarını satışa çıxardı
13 iyun 2011 12:39 (UTC +04:00)

Yunanıstan adalarını satışa çıxardı

İqtisadi böhranın pəncəsində boğulan Yunanıstan problemlərini həll etmək üçün hər çarəni sınaqdan keçirir. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bu dəfə yunanlar adalarını satmağa başlayıblar.

12 adasını satışa çıxaran Yunanıstan internetdən adaların qiymətlərini açıqlayıb. Saytdakı elanlarda çoxu inşaata və turizmə açıq olan adalardan altısının qiymətinin alıcının tələblərinə görə müəyyənləşəcəyi bildirilib. Adaların qiyməti 1,5 milyon avrodan başlayıb 15 milyon avroya qədər artır. Mütəxəssislər qiymətlərin çox ucuz olduğunu bildirirlər.

Bu il iyunun 2-də sərhəd bölgələrində xaricilərin əmlak almasının qarşısındakı maneəni ləğv edən Yunanıstan parlamentinin qərarına görə, sərhəddə əmlak almaq istəyənlərin Yunanıstan Müdafiə Nazirliyindən icazə alma məcburiyyəti olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982

Oxşar yazılar