Türkiyə: hansı partiya neçə deputat qazandı?
Lent.az-ın Türkiyə mediasında istinadən məlumatına görə, seçkinin qalibi 49,9 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) olub. Ancaq AKP millət vəkillərinin sayı ötən seçkidəkinə nisbətən azalıb. Seçkilərin nəticəsinə görə isə ötən seçkiyə nisbətən ən çox deputat qazanan partiya Cümhuriyyət Xalq Partiyasıdır (CHP).
CHP 25,9 faiz səs qazanıb. Üçüncü partiya isə Milliyyətçi Hərəkat Partiyası olub - 13 faiz səs. Müstəqil namizədlər isə 5,9 faiz səs yığıb. Müstəqillər əsasən Barış və Birlik Partiyasının milliyyətcə kürd namizədləridir.
Yeni parlamentdə AKP 326, CHP 135, MHP isə 53 deputatla təmsil olunacaq.
Müstəqil namizədlər isə 36 deputatla təmsil olunacaqlar.
Qeyd edək ki, AKP ötən seçkiyə nisbətən 15 deputat az təmsil olunacaq. CHP isə 2007-ci il seçkilərində 112 deputatla parlamentə düşmüşdüsə, bu dəfə 23 deputat artıraraq, 135 nümayəndəyə çatıb.
Seçkinin digər bir məğlubu isə MHP-dir. Belə ki, millətçi partiya 2007-ci ildə 70 deputatla parlamentə getmişdisə, bu il 53 deputatla gedir.
Müstəqil namizədlər (BBP) də seçkinin nəticələrinə görə, qalib tərəfdir. Belə ki, 2007-ci ildə parlamentə 26 kürd deputat düşmüşdüsə, bu il onların sayı 35-ə yüksəlib.

563