Liviyada qanlı döyüşlər gedir, Qəddafi şahmat oynayır...
13 iyun 2011 10:18 (UTC +04:00)

Liviyada qanlı döyüşlər gedir, Qəddafi şahmat oynayır...

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, qiyamçılar Cebel əl-Qarbi rayonu istiqamətindən hücuma keçib. Onların məqsədi Zintan şəhərində Liviya prezidenti Müəmmər Qəddafiyə sadiq qüvvələri mühasirəyə almaqdır.

Hazırda əl-Kalaa, Rayyana və Zaviya əl-Bakul şəhərlər istiqamətində ağır döyüşlər gedir. 7 qiyamçı öldürülüb, 94 qiyamçı yaralanıb.

Bu arada Liviya Dövlət Televiziyası Müəmmər Qəddafi və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinovu şahmat oynayarkən çəkilən videoyazısını yayımlayıb. Kirsan İlyumjinov bildirib ki, onu Liviyaya Müəmmər Qəddafinin böyük oğlu, ölkənin Milli Olimpiya Komitəsinə rəhbərlik edən Məhəmməd Qəddafi dəvət edib. Tripolidə oktyabrın 1-də şahmat turnirinin keçirilməsi nəzərdə tutulub. Kirsan İlyumjinov bildirib ki, Müəmmər Qəddafi Liviyanı tərk etmək niyyətinin olmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar