Əsəd Cisir aş-Şugura nəzarəti bərpa etdi
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, 50 min sakini olan şəhər Türkiyə ilə sərhəddən 20 kilometr uzaqlıqda, vacib nəqliyyat yolu üzərində yerləşir. Bir həftə əvvəl bu şəhərdə 120 hərbçi və polis öldürülüb. Suriya ordusunun şəhərə hücumu ilə bağlı minlərlə insan Türkiyəyə keçmək üçün sərhədə axışıb. Ən azı 5 min nəfər sərhədi keçib.
Bu arada Suriya hüquq müdafiəçiləri son 3 ayda Suriyada təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması nəticəsində ölənlərin sayının 1300 nəfər çatdığını açıqlayıblar.
Bu arada Suriya hüquq müdafiəçiləri son 3 ayda Suriyada təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması nəticəsində ölənlərin sayının 1300 nəfər çatdığını açıqlayıblar.
491