AKP və Ərdoğandan inanılmaz het-trik
İyunun 12-də Türkiyədə növbəti parlament seçkiləri keçirilib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yerli vaxtla saat 20:50-yə (Bakı vaxtı ilə saat 22.50-yə) olan məlumata görə, seçkinin nəticələrinin 95 faizi açıqlanıb.
Açıqlanan məlumata görə, ölkə üzrə hüququ olan 50 389 265 nəfərdən 41 328 072 nəfəri bu hüququndan istifadə edib.
İlkin nəticələrə görə, AKP 50,4 faiz, CHP 25,8 faiz, MHP 13,1 faiz, müstəqil namizədlər 5,5 faiz səs alıb. Beləliklə, indiki nəticələrə görə, AKP-nin 326, CHP-nin 135, MHP-nin 53, müstəqillərin isə 36 nümayəndəsi Türkiyə Böyük Millət Məclisinə üzv seçilib.
Bu nəticələrə görə, AKP dalbadal üçüncü seçkidə qalib gələrək, Türkiyənin tarixində yeni səhifə yazıb. AKP 2002-ci il seçkilərində 34.28%, 2007-ci il seçkilərində 46.58% səs qazanmışdı.
Qeyd edək ki, AKP və Rəcəb Tayyib Ərdoğanın göstərdiyi bu nəticəyə təxminən 50 il öncə Demokrat Partiyası (DP) və Adnan Menderes yaxınlaşmışdı. DP 1950-ci il seçkilərində 52.68%, 1954-cü il seçkilərində 57.61% səs almış, ancaq üçüncü seçkidə DP-nin səsləri 47.88%-ə düşmüşdü.
1965-ci il seçkilərində isə Süleyman Dəmirəl liderliyindəki Ədalət Partiyası (AP) 52,87% səs qazanaraq, 450 deputat yerlik Məclisdə 240 kresloya sahib olmuşdu.
Beləliklə, AKP, Türkiyə Cümhuriyyəti tarixində AP-dən təxminən 45 il sonra həm seçici, həm parlament əksəriyyətini əldə edərək iqtidar olan ilk partiyadır.

493