Ərdoğan Əsədin qardaşından şikayətləndi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən olaylara ilk dəfə açıq və sərt münasibət bildirib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Suriyadakı olayların Liviyadan fərqli olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Suriyada prezidenti Bəşər Əsədin qardaşı, ölkənin təhlükəsizlik orqanlarını və ordunu nəzarətdə saxlayan Mahir Əsədin davranışlarının qəbuledilməz olduğunu dilə gətirib.
Türkiyənin baş naziri Suriyada aksiyaçılara qarşı insan kimi davranılmadığını qeyd edib: “Öldürdükləri qadınların başlarını çirkin hala salırlar və bu, qəbuledilməzdir. Vəhşilikdir!”
Suriyada baş verənlərin istər-istəməz BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılacağını bildirən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə növbəti dəfə Suriya hakimiyyətini müdafiə edə bilməz: “Orada bizim də yaxınlarımız var. 4-5 gün əvvəl Bəşər Əsədlə danışdım, vəziyyəti aydın şəkildə anlatdım. Bütün bunlara rəğmən baş verənləri çox ciddi saymırlar, təəssüf ki, bizə fərqli şeylər söyləyirlər”.
Suriyadan Türkiyəyə qaçan insanların sayının 3 min nəfərə çatdığını xatırladan Rəcəb Tayyib Ərdoğan bu vəziyyətin də problem yaratdığını dilə gətirib: “Canını qurtarmaq üçün Türkiyəyə sığınmaq istəyənlərə qapılarımızı bağlamarıq. Ancaq bu nə vaxta və haraya qədər davam edəcək?”

636