PKK-nın Avropadakı “kassa”sı həbs edildi
Fransa məhkəməsi keçən həftənin cümə axşamı Parisdə keçirilən əməliyyat zamanı saxlanılan, aralarında PKK terror təşkilatının 3 tanınmış üzvü də daxil olmaqla, 5 nəfər barədə həbs qərarı verib.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, həbs olunanlar arasında PKK-nın Avropadakı kassası kimi tanınan Nedim Seven də var.
Məhkəmə saxlanılanların terror təşkilatına maliyyə dəstəyi vermək və zorla xərac toplamaq ittihamı ilə mühakimə olunmasına qərar verib. Hakim Thierry Fragnolinin 3 ilik araşdırmasından sonra hazırladığı ittiham aktı çərçivəsində ümumilikdə PKK-nın Avropadakı 18 üzvünün mühakimə olunmasına iyunun 20-də başlanılacaq.

531