Fillər şəhərə hücum çəkdi - FOTO
İnsanların kənd təsərrüfatı məhsullarını becərmək üçün torpaqları zəbt etməsi nəticəsində aclıqdan əziyyət çəkən fillər Hindistanın Karnataka əyalətinin Maysur şəhərinə hücum çəkib. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, Maysur şəhərində eyni vaxtda 2 fil peyda olub.
Fillər şəhərə 35 kilometr kənardakı meşədən gəlib. Fillərdən biri qız kolleci, digəri yaşayış rayonunun ərazisinə daxil olub. Fillər 3 saat şəhərdə gəzintilərini davam etdirib. Şəhər rəhbərliyi bütün təhsil müəssisələrini bağlayıb, sakinləri küçələrə çıxmamağa, daş ataraq filləri daha da qəzəbləndirməməyə çağırıb.
Ancaq fillərdən biri Bambu-Bazaar rayonunda mühafizəçi 55 yaşlı şəhər sakinini öldürüb. Səs-küyə evindən çıxan fil dişini onun bədəninə soxub və bundan sonra da ona hücumunu davam etdirib. Bu fil eyni zamanda bir inəyi də öldürüb.
Qəzəbli filləri zərərsizləşdirmək üçün əhliləşdirilmiş fillərin bellərində hərəkət edən yerli zooparkın təlimçilərinin xidmətindən istifadə etmək lazım gəlib. Onlar bu fillərə çoxlu içərisində yuxu gətirici dərmanlar olan çoxlu sayda iynə atıblar. Fillər yatırdılaraq aparılıb. Şəhər hakimiyyəti isə şəhər ətrafında 2 vəhşi filin də gəzdiyi barədə sakinlərə xəbərdarlıq edib.
Qeyd edək ki, Maysur şəhəri ətrafındakı meşələrdə 2 minə yaxın fil yaşayır. Bu, Hindistanda ən çox fil olan sahələrdən biridir. Fillər tez-tez qida tapmaq üçün meşədən çıxır.

Oxşar yazılar

Rusiyada 45 dəqiqədə beş zəlzələ baş verdi
21 iyul 2025 , 23:10
İrana hücum zamanı İsrailə gizli ekstrasenslər qrupu kömək edib - İDDİA
21 iyul 2025 , 15:52
Kamal Kılıçdaroğlunun əkiz qardaşı mübahisə zamanı infarkt keçirib öldü
21 iyul 2025 , 14:19Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar
21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü
21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq
21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı
20 iyul 2025 , 18:02