Qadın 65 il əvvəl törətdiyi qətli etiraf etdi
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Feliks Qyul 1946-cı il martın 1-də Leyden şəhərində öz evinin kandarında qətlə yetirilib.
Polis 65 il ərzində bu cinayət işinin üstünü açmağa çalışıb və yalnız 2011-ci ildə artıq 96 yaşı olan müəmmalı qatil özü cinayətini etiraf edib. Feliks Qyulün qatili onun tanışı Ati Ridder-Fisser adlı qadın imiş. Ati Ridder-Fisserin cinayət törədən vaxt 31 yaşı olub. Qatilin etirafı ilə bağlı səmimi məktubu Leyden polis şöbəsinə 2011-ci ilin yanvarında daxil olub.
Ati Ridder-Fisser İkinci Dünya Müharibəsi zamanı Leyden işğal olunarkən Feliks Qyulun faşistlərlə əlaqədə olmasından şübhələnib. Ati Ridder Fisser faşistlərə qarşı müqavimət hərəkatının üzvü kimi Feliks Qyulu cəzalandırmağı borc hesab edib. 1946-cı il martın 1-də o, Feliks Qyulun evinə gəlib. Qapını Feliks Qyulun xanımı açıb. Ati Ridder-Fsser onun ərinə şəxsi məktubu olduğunu bildirib. Heç nədən şübhələnməyən Feliks Qyul qapıya yaxınlaşan zaman ti Ridder-Fisser atəş açıb. Kişi həmin gecə ölüb.
Ancaq Feliks Qyulun ölümündən sonra məlum olub ki, o, faşistlərlə əlaqədə olmayıb, əksinə, yəhudiləri öz evində gizlədib, maliyyə dəstəyi verib. Feliks Qyulun şirkəti almanlarla əməkdaşlıq etsə də, o, bundan başqa insanları qorumaq üçün istifadə edib.
Polis uzun müddət keçdiyi üçün 96 yaşlı qatilin cinayətini araşdırmaq niyyətində deyil.

Oxşar yazılar

Rusiyada 45 dəqiqədə beş zəlzələ baş verdi
21 iyul 2025 , 23:10
İrana hücum zamanı İsrailə gizli ekstrasenslər qrupu kömək edib - İDDİA
21 iyul 2025 , 15:52
Kamal Kılıçdaroğlunun əkiz qardaşı mübahisə zamanı infarkt keçirib öldü
21 iyul 2025 , 14:19Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar
21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü
21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq
21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı
20 iyul 2025 , 18:02