Çemodanda oğru tapılıb!
08 iyun 2011 21:15 (UTC +04:00)

Çemodanda oğru tapılıb!

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, oğurluq hadisəsi Jiron aeroportundan Barselonaya gedən avtobusda baş verib.

Elastikliyi ilə seçilən oğru çemodana girib və oğru yoldaşı onun olduğu çemodanı avtobusun yük yerinə qoyub. Yarım saat sonra boyu 178 santimetr olan oğru çemodandan çıxmağı bacarıb. O, digər sərnişinlərin yüklərindəki qiymətli əşyaları çırpışdırıb, daha sonra yenidən çemodanın içərisinə qayıdıb. Avtobus Barselonaya çatdıqdan sonra oğru yoldaşı onun gizləndiyi çemodanı da götürərək aradan çıxıb.

Çemodanda gizlənmiş oğru və onun yoldaşı sonradan saxlanıb. Polis böyük çemodandan şübhələnib və çemodan açılan zaman içində adam gizləndiyi məlum olub...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar