“Sən hardasan, Sarkozi?”
30 mart 2011 17:09 (UTC +04:00)

“Sən hardasan, Sarkozi?”

Liviya lideri Müəmmər Qəddafi iki gün öncə itirdiyi şəhərləri geri alır. Lent.az-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, Qəddafinin qoşunları Ras-Lanuf, Ben-Cavad, Marsa-əl-Breqa şəhərlərini geri qaytarıblar.

Bundan əlavə, qiyamçıların Liviya liderinin doğma şəhəri olan Sirti ələ keçirdikləri barədə məlumatın yalan olduğu üzə çıxıb. Hökumət qoşunları qiyamçıların şəhərə girməsinin qarşısını alaraq, onları geri oturdublar.

Artıq martın 29-da Müəmmər Qəddafinin qoşunları əks-hücuma keçiblər. Bu zaman onlar hərbi manevrlərə əl ataraq qiyamçıları tora salıblar. Panika şəklində qaçan qiyamçılar koalisiya qüvvələrindən hava dəstəyi istəyiblər. Təyyarələrin gəlmədiyini görəndən sonra isə hərbi müdaxilənin təşəbbüskarı olan Fransa prezidentinə xitabən “Sən haradasan, Sarkozi?” deyə qışqırıblar.

Qeyd edək ki, agentliklər koalisiya qüvvələrinin aktivliyinin son 2 gün ərzində xeyli zəiflədiyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar