Küveyt İran casuslarını asmağa qərar verdi
29 mart 2011 19:15 (UTC +04:00)

Küveyt İran casuslarını asmağa qərar verdi

0
Küveyt məhkəməsi İran casus şəbəkəsinə daxil olmaqda günahlandırılan 3 nəfər haqqında edam hökmü çıxarıb. Lent.az-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, məhkəmə prosesin əvvəlində bu işlə bağlı istintaq məlumatlarının yayılmasına qadağa qoyub.


Rəsmi olaraq yalnız o məlumdur ki, Küveyt təhlükəsizlik qüvvələri 2010-cu ilin mayında bir neçə nəfəri həbs edib. Onların arasında həm Küveyt, həm də İran vətəndaşları var.
“Əl-Qabas” qəzeti isə yazıb ki, bu şəxslər İran İslam İnqilabını Mühafizə Korpusu üçün Küveytdəki hərbi obyektlər və ABŞ-ın bu ölkədəki hərbi bazalar haqqında məlumat toplamaqla məşğul olublar. İran hökuməti casusluqla bağlı ittihamları rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar