Əfqanıstan prezidentin məsləhətçisi korrupsiya ittihamı ilə tutuldu
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, baş prokurorun sözçüsü Eminulla İman deyib ki, Nurulla Dalavari paytaxt Kabildəki evində saxlanılıb. Nurulla Dalavari Əfqanıstan Mərkəzi Bankının sədri olduğu dönəmdə 300 min dolları mənimsəməkdə günahlandırılır.
511