“Qadın əvəzinə dəniz qulduru, yaxud matros kimi geyinə bilməzdi?!”
29 mart 2011 19:31 (UTC +04:00)

“Qadın əvəzinə dəniz qulduru, yaxud matros kimi geyinə bilməzdi?!”

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, qadın paltarı geyinərək və qadın kimi üzünü bəzəyərək karnavalda iştirak edən diplomatın davranışı ölkəsində geniş rezonans doğurub.


Atalo Afunun hərəkətləri onun fərqli seksual oriyentasiyaya malik olması barədə söz-söhbətə də yol açıb. Məhz bu, Panama rəhbərliyini daha çox əsəbiləşdirib. Panama prezidenti Rikardo Martinelli bəyan edib ki, diplomat belə hərəkət etməməli idi. Xarici İşlər naziri Karlos Varela da Atalo Afunun karnavalda qadın paltarı geyinib, qadın kimi bəzənməsindən narazıdır: “Qadın əvəzinə dəniz qulduru, yaxud matros kimi geyinə bilməzdi?!”


Diplomat özü isə bildirib ki, heç kimə, xüsusən də ölkəsinə heç vaxt ziyan vermək istəməz: “Mənim davranışlarımın Panamada narazılıqla qarşılanmasını nəzərə alaraq, Xarici İşlər Nazirliyinə istefaya çıxmağımı təklif etmişəm. Qoy onlar qərar qəbul etsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar