Miqrantlar italyanları hövsələdən çıxardılar
29 mart 2011 19:40 (UTC +04:00)

Miqrantlar italyanları hövsələdən çıxardılar

İtaliyanın Lampeduza adasının sakinləri Şimali Afrika ölkələrindən miqrant axınına etiraz əlaməti olaraq şəhər Şurasının binasını zəbt edib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, yerli balıqçılar da miqrantları gətirən növbəti gəminin qarşısını almaq üçün limanı bağlamağa çalışırlar.

Qeyd edək ki, ötən gecə Lampeduza adasına 450 miqrant gətirilib. Bununla da miqrantların sayı ada sakinlərinin sayını keçib. Lampeduza adasının yerli hakimiyyət orqanları bəyan ediblər ki, miqrantların əksəriyyətini Tunisdən gələnlər təşkil edir və ümumi vəziyyəti faciəvidir.

Bu gün Şimali Afrika ölkələrindən 500 miqrantın olduğu gəmi də Siciliya adasının Raquza şəhərinə gətirilib. Apuliya vilayətinin Taranto şəhər limanına da bu gün 800 miqrantın olduğu ilk gəmi yan alıb. Onlar üçün təcili çadır şəhərciyi qurulur.

İtaliya hökuməti miqrantlarla bağlı vəziyyətin xüsusilə ağır olduğu Lampeduzadan miqrantların daşınması üçün 6 gəmi ayırıb. İtaliya hökuməti bu gün fövqəladə iclasını keçirməyə hazırlaşır. İclasda Tunis hökuməti ilə qeyri-leqal miqrant axınına nəzarətlə bağlı sazişin imzalanması barədə müzakirə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar