Hüsnü Mübarəkə 339 dollar pensiya kəsildi
Fevralın 11-də istefa verən Misirin sabiq prezidenti Hüsnü Mübarək hər ay 339 dollar pensiya alacaq. Lent.az-ın “Əl-Masri əl-Yaum” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Misir hökumətinin iki həftə əvvəl Misir Sosial Sığorta Fonduna göndərdiyi sorğusuna verilən cavabda qeyd olunub.
Bu pensiya ona uzun illər dövlətin yüksək postunla çalışdığı üçün ayrılacaq. Məbləğ nazirlərin 25-254 dollar civarında olan pensiyasını üstələyir. Hüsnü Mübarək həm də Misir Hərbi Hava Qüvvələrinin keçmiş komandanı və marşal kimi hərbi pensiya alacaq. Ancaq hərbi pensiyanın məbləği açıqlanmır. Bu pensiyanın məbləğini məxfi saxlanılır və yalnız pensiya alan şəxs bilir.

459