PKK-nın 3 milyon dolları oğurlanıb
29 mart 2011 14:51 (UTC +04:00)

PKK-nın 3 milyon dolları oğurlanıb

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, terror təşkilatının narkotik vasitə qaçaqmalçılığı və insan ticarətindən əldə etdiyi 3 milyon dollar oğurlanıb.


Olay Şimali İraqdakı Kürdüstan Bölgə Muxtariyyətinin inzibati mərkəzi Suleymaniyyə şəhərində baş verib. Qəndil dağlarında məskunlaşan PKK rəhbərliyi bu pulları iyun 12-də Türkiyədə keçiriləcək parlament seçkiləri dönəmində ölkənin parçalanması istiqamətində fəaliyyət göstərən siyasi təşkilatın təbliğatının aparılması üçün ayırıbmış.


PKK rəhbərliyi Süleymaniyə üzrə əsas şəxsləri olan “Ferit”, “Zeki” və “Drej” kod adlı üzvləri haqqında edam hökmü verib. Terror təşkilatının rəhbərliyi bu pulların oğurlanmasında bölgədəki yerli təhlükəsizlik qüvvələrinin və xarici ölkələrin kəşfiyyat orqanlarının rolunun olub-olmadığını da araşdırır. 3 milyon dolları geri ala bilmək üçün İraq, İran və Avropa ölkələrinə xüsusi dəstələr göndərilib. Oğurluq olayının son vaxtlar maliyyə böhranı yaşayan terror təşkilatı üçün ciddi sıxıntı yaratdığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar