Əsəd danışacaq
Suriya prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban iki gün ərzində 15 nəfərin dünyasını dəyişdiyi və 150 nəfərin yaralandığı Lazkiyədə məzhəblərarası təxribatların baş verəcəyi barədə xəbərdarlıq edib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, ordu hissələri Lazkiyənin giriş və çıxışlarını nəzarətə götürüb.
Bəzi şəhər və qəsəbə mərkəzlərində təhlükəsizlik tədbirləri artırılıb. Ancaq şəhərdə silahlı və qılınclı gənclərin qruplar halında gəzdiyi, adamların evlərin damlarına yerləşdiriləm snayperlər tərəfindən vurulduğu, insanların yollarda döyüldüyü bildirilir.
Xaricidən qaynaqlanan təxribatların olaylarda əsas rol oynadığını vurğulayan Buseyna Şaban Lazkiyədəki olayların bəzi əcnəbilərin şəhərdəki yüksək binalara çıxaraq aşağıya atəş açması nəticəsində başladığını söyləyib.
Prezident Bəşər Əsədin da bu məsələ ilə bağlı xalqa müraciət etməsi gözlənilir.

505