Kuryoz olay
29 mart 2011 02:11 (UTC +04:00)

Kuryoz olay

Özbəkistanda yol polisi əməkdaşları daxili işlər nazirini tanımayıb və yol hərəkəti qaydalarının pozulması müqabilində onun pul verməsi ilə razılaşıblar. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, olay Daşkənd-Səmərqənd yolunda baş verib.

Daxili işlər naziri şəxsi sürücüsü ilə şəxsi avtomobilində olub. Yol polisi əməkdaşları avtomobili Sırdərya vilayəti ərazisində sürət həddini keçdiyi üçün saxlayıblar. Məsələni yoluna qoymaq üçün nazirin sürücüsü yol polisi əməkdaşlarına 3 dollar rüşvət təklif edib və avtomobildə daxili işlər naziri olduğunu onlara söyləməyib. Yol polisi əməkdaşları pulu almağa razılaşıblar və avtomobildə oturan mülki geyimli şəxsin nazirləri olduğunu tanımayıblar.

Baş verən kuryoz olay nəticəsində Yol Polisi Xidmətinin iki inspektoru, yol polisi bölməsinin 3 müxtəlif şöbəsinin rəisi, o cümlədən Sırdərya vilayət Daxili İşlər İdarəsinin rəis müavini vəzifələrini itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar