Liviyada qiyamçıların hava limanına Türkiyə nəzarət edəcək
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan söyləyib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, aeroporta nəzarətin məqsədi humanitar yardımların Liviyaya gəlməsini təmin etməkdir. Ancaq o, Türkiyənin aeroporta nəzarəti konkret nə vaxtdan başlayaraq həyata keçirəcəyinə aydınlıq gətirməyib. Rəcəb Tayyib Ərdoğan Türkiyə təyyarələrinin Liviyada uçuş üçün qadağan olunmuş zonada patrul xidməti çəkəcəyini, ancaq türk əsgərlərinin yerüstü əməliyyatlarda iştirak etməyəcəyini də nəzərə çatdırıb.

419