Orhan Pamuk cərimələndi
Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb yazıçının İsveçrədə yayımlanan bir qəzetə müsahibəsində “30 min kürdü və 1 milyon ermənini öldürdük” sözlərini dilə gətirməsidir. Orhan Pamuku bu ifadəsinə görə hazırda “Ergenekon” iddiası ilə saxlanılan və məhkəmə prosesi davam edən Kamal Kerinçsiz və digər 6 nəfər məhkəməyə verib. Türkiyə Apelyasiya Məhkəməsi 3 ildir, davam edən prosesə son qoyub və yazıçının cərimələnməsi barədə qərar çıxarıb.
540