Qəddafi itirə-itirə gedir
Qiyamçılar Liviya lideri Müəmmər Qəddafinin doğma şəhəri olan Sirtin ələ keçirildiyini bəyan ediblər. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə rejimin əleyhdarlarının nümayəndəsi bildirib.
Bazar günü axşam Sirtə nəzarət edən hökumət qoşunları koalisiya qoşunlarının şiddətli bombardmanına məruz qalıb. Şəhərin özündə bir neçə güclü partlayış olub.
Qeyd edək ki, hazırda Liviyanın şərqi qiyamçıların, qərbi isə Qəddafiyə sadiq qüvvələrin əlindədir. Koalisiya qoşunları Qəddafinin qüvvələrini bombardman etməyə başlayandan sonra qiyamçılar Acdabiya və Ras-Lanuf kimi strateji şəhərləri ələ keçiriblər. Ras-Lanuf ölkənin əsas neft limanlarından sayılır. Qiyamçılar artıq bu şəhərdən neft ixracına başladıqlarını açıqlayıblar.

Oxşar yazılar

Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49